Sibiqadan Polşa bəyanatı: "Ukraynaya qarşı mənfi ritorika artır”

Hazırda oxunan: Sibiqadan Polşa bəyanatı: "Ukraynaya qarşı mənfi ritorika artır”

620596

Polşa ilə Ukrayna arasında siyasi müstəvidə yaranan mükafat (orden) böhranı fonunda Ukraynanın Xarici İşlər Naziri Andriy Sibiqa rəsmi Varşavanın son addımlarına kəskin reaksiya verib. Nazir Polşa cəmiyyətində və siyasi mühitində Kiyevə qarşı mənfi münasibətin nəzərəçarpacaq dərəcədə artdığını bildirib və əlavə edib ki, Ukrayna artıq bu növ qeyri-dost addımları cavabsız qoymaq niyyətində deyil.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna KİV-ləri diplomatın rəsmi bəyanatına istinadən yayıb.

"Daha heç bir dövlətin prezidenti bizə öz tariximizi diktə edə bilməyəcək. Biz istənilən hərəkətə, xüsusən də Ukraynaya qarşı hörmətsizlik nümayiş etdirilən addımlara dərhal güzgülü şəkildə (eynilə) cavab verəcəyik. Proseslərə göz yummaq dövrü artıq geridə qaldı", — deyə Sibiqa qeyd edib.
 

Xatırladaq ki, Polşa Prezidenti Karol Navrotskinin Ukrayna lideri Volodimir Zelenskini ölkənin ən ali mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etməsindən sonra nazir Andriy Sibiqa da kəskin etiraz addımı atıb.


O, 2022-ci ilin oktyabrında Polşa-Ukrayna münasibətlərinin inkişafındakı xidmətlərinə görə layiq görüldüyü Polşa Respublikasının "Xidmətlərə görə" ordeninin Komandor xaçından rəsmi şəkildə imtina etdiyini və onu yaxın günlərdə Varşavaya geri göndərəcəyini bəyan edib:

"Belə düşünülməmiş və düşüncəsiz addımların fonunda mənə təqdim olunmuş yüksək dövlət mükafatını özümdə saxlamağı qeyri-mümkün hesab edirəm. Məsələ ordenlərdə deyil, qarşılıqlı münasibətdə və hörmətdədir", — deyə XİN rəhbəri əlavə edib.

Bununla belə, Ukrayna Xarici İşlər Naziri Kiyevin Varşava ilə konstruktiv dialoqdan tamamilə imtina etmədiyini, tərəfləri təmkinli olmağa və gərginliyi süni şəkildə artırmamağa çağırdığını vurğulayıb.

Sibiqanın sözlərinə görə, Ukrayna Polşanı hələ də regional təhlükəsizlik kontekstində mühüm strateji tərəfdaş və ümumi Avropa gələcəyinin ayrılmaz hissəsi kimi görməkdə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin