ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

Hazırda oxunan: ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

620576

ABŞ və İran nümayəndə heyətləri, eləcə də vasitəçi qismində çıxış edən Qətər və Pakistan rəsmiləri sülh sazişi üzrə danışıqlar aparmaq üçün İsveçrənin Bürgenştok kurortuna gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı rəsmi bəyanatda yer alıb.

Tərəflər regional gərginliyin azaldılması və tərəflər arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan potensial sazişin bəndlərini müzakirə edəcəklər.

Danışıqlarda əsas diqqətin atəşkəs rejiminin bərqərar olunması, Yaxın Şərqdə təhlükəsizlik zonalarının formalaşdırılması və enerji marşrutlarının sabitliyinin təmin edilməsi məsələlərinə yönəldiləcəyi gözlənilir.

Qeyd edək ki, bir qədər əvvəl İran rəsmiləri ABŞ-nin regional müstəvidə uğursuzluğa düçar olduqdan sonra çarəsizlikdən bu danışıqlarda israr etdiyini bəyan etmişdilər.

Bununla belə, İsveçrədə diplomatik diplomatik təmasların başladığı bir vaxtda, İsrail ordusu Vaşinqton və Tehran arasındakı mövcud razılaşmalara məhəl qoymayaraq Livanın cənubuna zərbələr endirməkdə davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin