Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Hazırda oxunan: Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

620625

Paytaxtın Ramana qəsəbəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə yerləşən iki tarixi quyu baxımsız vəziyyətdədir və içərisi çirkab su ilə dolub.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, quyulardan birinin üzəri paslanmış dəmir barmaqlıqla örtülüb, ətrafındakı daşlar isə uçmaq təhlükəsi ilə üz-üzədir.
 

Digər quyunun ağzı isə yalnız taxta qapaqla bağlanıb. Bu vəziyyət xüsusilə ətrafda oynayan uşaqlar üçün ciddi təhlükə yaradır. Onlar bildirirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ indiyədək həllini tapmayıb.


"Bu quyu təhlükəli olduğu və içi zibillə dolu olduğu üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm. Gəlib baxan olmayıb. Hətta Mədəniyyət Nazirliyinə qədər müraciət etmişəm. Mənə bildiriblər ki, quyu onların balansında deyil. Kimin balansındadırsa, gəlib onu təmir etsə, yaxşı olar. Burada azyaşlı uşaqlar oynayırlar. Bu quyu əvvəllər bağlı idi. Son dörd-beş ildə qazıb üzə çıxarıblar və tarixi abidə kimi təqdim ediblər. Amma tarixi abidəmiz bu gündədir", - deyə sakinlərdən biri bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin