Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

Hazırda oxunan: Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

620603

Pakistan Baş nazir Şahbaz Şərif və feldmarşal Seyid Asim Munir İsveçrədə Vaşinqton və Tehran arasında danışıqlar ərəfəsində ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə Geo.tv məlumat yayıb.

ABŞ və İran texniki səviyyəli danışıqların 4 gün davam edəcəyi gözlənilir.
 

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqa bildirib ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq.


Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin