Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

Hazırda oxunan: Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

620598

Cənubi Koreya dünyada silah tədarükünü ən sürətlə artıran ölkələrdən birinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin "Politico" nəşri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Cənubi Koreya hazırda qlobal silah bazarında 9-cu ən böyük tədarükçü mövqeyinə yüksəlib və ixracatın artım tempinə görə liderlər sırasında qərarlaşıb.
 

Sənədə əsasən, Cənubi Koreyanın hərbi-sənaye kompleksinin əsasını təşkil edən dörd nəhəng müdafiə şirkətinin — "Hanwha Group", "Hyundai Rotem", "LIG Nex1" və "Korea Aerospace Industries"ın cari ildəki ümumi gəlirinin təxminən 37 milyard dollara çatacağı gözlənilir. Bu göstərici ölkənin 2021-ci ildəki silah satışı gəlirlərindən təxminən 4 dəfə çoxdur.


Cənubi Koreyanın silah bazarındakı bu sıçrayışı xüsusilə Avropadakı geosiyasi dəyişikliklər və Ukraynadakı müharibə fonunda NATO ölkələrinin öz hərbi arsenallarını sürətlə yeniləmək cəhdləri ilə bağlıdır.

Rəsmi Seul hazırda NATO-nun Avropa üzvü olan dövlətlər üçün ABŞ-dan sonra ikinci ən böyük silah və hərbi texnika tədarükçüsünə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin