İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını TƏRK ETDİ

Hazırda oxunan: İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını TƏRK ETDİ

620659

İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyəti Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Tasnim" agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.

Agentlik hazırda dnaışıqların dayandırıldığını və onun gələcək taleyinin qeyri-müəyyən olduğunu bildirib.
 

"Al Hadath" telekanalı isə İranın ABŞ-nin imzalanmış anlaşma memorandumunun qarşılıqlı təhdidlərin yolverilməzliyini ehtiva edən birinci bəndini yerinə yetirməsi tələbini irəli sürdüyünə dair məlumat yayıb.


Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.

İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqer Qalibaf isə "X" sosial şəbəkə hesabında paylaşım edərək Silahlı Qüvvələrin bütün təhdidlərə cavab verməyə hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin