Şəkinin tanınmış el sənətkarı, mahir zurna ifaçısı, Əməkdar mədəniyyət işçisi Baxşəli Abdurahmanov bu gün səhər saatlarında vəfat edib.
Bizim.Media-nın Şimal-Qərb bürosu xəbər verir ki, uzun illər Azərbaycan musiqi mədəniyyətinə və folkloruna böyük töhfələr verən sənətkar, ölkənin müxtəlif bölgələrində keçirilən dövlət tədbirlərində, festivallarda, konsert və el məclislərində özünəməxsus ifaları ilə rəğbət qazanıb. O, milli nəfəs alətləri sənətini gənc nəslə ötürən əsas ustadlardan biri idi.
Mahir zurna ifaçısı bu gün doğulduğu Şəkinin Oxud kənd qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
Xatırladaq ki, Baxşəli Abdurahmanov zurna ifaçısı, rəhmətlik şəkili Ələfsərin şagirdi olub.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:18 / 21.06.2026
Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO
Hazırda oxunan: Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO
Hazırda oxunan: Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO
620628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































