Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Hazırda oxunan: Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

620579

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya kubokunun qalibi olub.

Bizim.Media xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.

Hər 3 raundu öz xeyrinə başa vuran Cəfərov, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qətiyyətli qələbə qazanaraq Dünya kubokunun qızıl medalına sahib olub.

Beləliklə, Azərbaycan milli komandası 40 ölkədən 300 idmançının qatıldığı və ilin ikinci reytinq xarakterli yarışı olan turniri 1 qızıl və 2 bürünc medalla başa vurub.

Xatırladaq ki, daha öncə boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc mükafata yiyələnmişdilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin