“Elektron medianın maliyyələşməsi keyfiyyət baxımından heç nəyi dəyişməyəcək”x9d

Hazırda oxunan: “Elektron medianın maliyyələşməsi keyfiyyət baxımından heç nəyi dəyişməyəcək”x9d

141764

Son vaxtlar elektron medianın dövlət tərəfindən maliyyələşməsi ilə bağlı fikirlər səslənir.

Maraqlıdır, elektron medianın dövlət vəsaiti hesabına maliyyələşməsi bütövlükdə ölkə mediasına, bu medianın fəaliyyətinə necə təsir göstərəcək?

Bununla bağlı Moderator.az-a açıqlama verən fəaliyyətini dayandıran “Ayna”x9d-“Zerkalo”x9d qəzetlərinin baş redaktoru, media eksperti Elçin Şıxlı bu yeniliyin medianın keyfiyyətinə təsir göstərməyəcəyini vurğuladı:

“Bu yenilik mediada keyfiyyət və mahiyyət etibari ilə heç nə dəyişməyəcək. Elektron media ənənəvi medianın bir növüdür. Sadəcə, elektron media yeni media növü kimi meydana çıxıb. Elektron media informasiyanın yeni daşıyıcısı, yeni ötürücüsüdür. Dünən informasiya kağız üzərində, ondan öncə daş kitabələrdə yer alırdısa, sonradan radio və televiziyalar vasitəsi ilə çatdırılırdısa, indi də internet vasitəsi ilə çatdırılır. Odur ki, elektron medianın dövlət tərəfindən maliyyələşməsinin mahiyyət baxımından nəyisə dəyişəcəyini güman etmirəm”x9d.

xa0

Seymur Əliyev xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin