İyun danışıqları Qarabağ probleminin diplomatik həllində son ümiddir?

Hazırda oxunan: İyun danışıqları Qarabağ probleminin diplomatik həllində son ümiddir?

137414

Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayında nəzərdə tutulan görüşünün Qarabağ probleminin diplomatik müstəvidə həlli baxımından son cəhd olacağı ilə bağlı fikirlər səslənir.

Maraqlıdır, həqiqətənmi iyun danışıqları Qarabağ probleminin diplomatik həllində son ümiddir? Doğrudanmı bu danışıqlar nəticəsiz başa çatacağı təqdirdə müharibə qaçılmaz olacaq?

Bununla bağlı Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər hər şeyin Rusiyanın alacağı qərarlardan asılı olacağını vurğuladı:

“Bu iddiaların Rusiyanın atacağı addımlarla ciddilik qazana bilər. Hər kəsə bəllidir ki, nə Azərbaycan, nə də Ermənistanın Rusiyasız genişmiqyaslı hərbi əməliyyatlara başlamaq imkanı yoxdur. Bu konfiliktin arxasında Rusiya durur. Istər Azərbaycan, istər Ermənistan, istər ABŞ olsun, hər hansı bir dövlət problemin həlli ilə bağlı bir təşəbbüs göstərdikdə, Rusiya buna çox qısqanclıqla reaksiya verir. Regionda söz sahibi olduğunu göstərməyə çalışır. Konfilikt ətrafında yaranan durum daha da mürəkkəbləşir. Bunu hər kəs bilir.

Konfiliktin arxasında Rusiya dayanır. Nə qədər ki, Rusiya Cənubi Qafqaz və Xəzərdə hərbi-siyasi baxımdan domenantlıq edəcək, söz sahibi olacaq, bu konfiliktin həlli olmayacaq. Bu konfiliktin həlində Rusiya maraqlı deyil. Bu konfilikt hər iki münaqişə tərəfini Rusiyanın təsir sferasında saxlamağa kömək edən alətdir. Rusiya bu alətin itirilməsini əsla istəməz. Bu konfilikt həll olunandan sonra nə Azərbaycan, nə də Ermənistan indiki qədər Rusiyadan asılı olmayacaq. Hər şey Rusiyanın istəyindən asılı olacaq. Əgər Rusiya gerçəkdən də bu qərara gəlsə ki, artıq onun Azərbaycanda legitim hərbi iştirakına zərurət var, o zaman yol tapıb münaqişəni alovlandıracaq. Sülhməramlı qüvvələr adı altında əraziyə müdaxilə edəcək. Necə ki, bunu Cənubi Osetiyada elədi. Krımı işğal edən, Donbasda seperatizmi açıq şəkildə dəstəkləyən Rusiyadan hər şey gözləmək mümkündür. Azərbaycan bu məsələdə ehtiyatlı olmalı, Rusiyanın təxribatlarına getməməlidir”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin