Tramp atışmadan sonra brifinq keçirdi: “Məncə, o, təkbaşına hərəkət edən psixopat idi” - VİDEO

Hazırda oxunan: Tramp atışmadan sonra brifinq keçirdi: “Məncə, o, təkbaşına hərəkət edən psixopat idi” - VİDEO

609388

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda onun iştirakı ilə keçirilən tədbirdə baş verən atışmadan sonra brifinq keçirib.
 

MÖVZU İLƏ BAĞLI:  

ABŞ-da atəş açan şəxs: Tramp administrasiyasının rəsmilərini hədəf almışdım - VİDEO 

Trampa sui-qəsd cəhdi ilə bağlı yeni detallar açıqlandı


Bizim.Media xəbər verir ki, jurnalistlər brifinq zamanı Trampa hadisənin mümkün motivləri ilə bağlı suallar ünvanlayıblar.

Jurnalistin “Bu atışmanın İrandakı müharibə ilə əlaqəli ola biləcəyini düşünmək üçün əsas varmı?” sualına Tramp belə cavab verib:

“Mən belə düşünmürəm, amma kim bilir”.

ABŞ liderindən onun hədəf olub-olmadığı da soruşulub.

“Məncə, bu insanlar dəlidir. Bunu heç vaxt dəqiq bilmək olmur”, - deyə Tramp bildirib.

Prezident hadisəni törədən şəxslə bağlı ilkin təəssüratını da açıqlayıb.

“Mənim təəssüratıma görə, o, təkbaşına hərəkət edən psixopat idi. Bunlar dəli insanlardır və onlarla məşğul olmaq lazımdır”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, Vaşinqtondakı “Washington Hilton” otelində keçirilən qəbul zamanı atışma baş verib. İnsidentdən sonra Tramp təhlükəsizlik əməkdaşları tərəfindən təxliyə olunub, şübhəli şəxs isə saxlanılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin