Çernobıl faciəsindən 40 il ötür: Təcrid zonasının həqiqətləri və mifləri - FOTO

Hazırda oxunan: Çernobıl faciəsindən 40 il ötür: Təcrid zonasının həqiqətləri və mifləri - FOTO

609407

Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 40 ili tamam olur.

Bizim.Media xəbər verir ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-in 4-cü enerji blokunda partlayış baş verib. Bu hadisə nüvə energetikası tarixində ən böyük qəzalardan biri kimi yadda qalıb.

Qəza Ukraynanın paytaxtı Kiyevdən təxminən 160 kilometr məsafədə baş verib. Partlayışdan sonra Çernobıl və Pripyat şəhərlərinin sakinləri tam şəkildə təxliyə olunublar.

İnsanlara evlərinə bir neçə gün sonra qayıdacaqları deyilmişdi. Lakin sonradan bu mümkün olmayıb və həmin ərazilər uzun illər yaşayış üçün qapalı zona elan edilib.

Hazırda qəza baş vermiş enerji blokunun üzərində beton sarkofaq yerləşir. AES-in ətrafında 30 kilometrlik ərazi isə Təcrid Zonası hesab olunur.
 

Məlumata görə, jurnalistlər Aleksandr Kots və Dmitri Steşin Çernobıl Təcrid Zonasına iki dəfə səfər ediblər. Onlardan biri faciədən 20 il sonra, “stalker” adlandırılan bələdçilərin ekstremal turistlər üçün gizli ekskursiyalar təşkil etdiyi dövrə təsadüf edib.


İkinci səfər isə 2022-ci ilin yazında, Rusiya qoşunlarının Təcrid Zonası ərazisindən keçərək Kiyev istiqamətində hərəkət etdiyi vaxt baş tutub.

Kp.ru-nun müəlliflər materialda Çernobıl Təcrid Zonası ilə bağlı mifləri, ərazidəki real vəziyyəti və illər ərzində dəyişən mənzərəni araşdırıblar.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin