Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı

Hazırda oxunan: Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı

609364

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı “Hilton” otelində keçirilən tədbirdə atəş açdığı bildirilən şəxsin fotosunu yayıb.

Bizim.Media xəbər verir ki, söhbət 31 yaşlı Kaliforniya sakini Koul Tomas Allendən gedir.

Məlumata görə, o, Ağ Ev müxbirləri assosiasiyasının qəbulunda ov tüfəngi ilə ABŞ Məxfi Xidmətinin agentinə atəş açıb. Hadisə zamanı agentin xəsarət aldığı, lakin gülləkeçirməz jilet sayəsində ağır yaralanmadan xilas olduğu bildirilir.

Trampın yayımladığı fotolarda üst geyimi olmayan kişinin yerdə uzandığı, əllərinin isə arxadan bağlandığı görünür.

Qeyd edək ki, insidentdən sonra Prezident Donald Tramp tədbirdən təxliyə olunub, şübhəli şəxs isə saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin