ABŞ federal qüvvələri atəş açan şəxsin evində əməliyyat keçirir - VİDEO

Hazırda oxunan: ABŞ federal qüvvələri atəş açan şəxsin evində əməliyyat keçirir - VİDEO

609424

ABŞ-da federal hüquq-mühafizə orqanları Vaşinqtondakı atışmada şübhəli bilinən şəxsin Kaliforniyadakı evində əməliyyat keçirir.

Bizim.Media xəbər verir ki, əməliyyat Torrans şəhərində aparılır.

Məlumata görə, federal qüvvələr şübhəlinin şəxsiyyəti, motivləri və mümkün əlaqələri ilə bağlı araşdırma çərçivəsində onun yaşadığı evə daxil olublar.

Hazırda əməliyyatın detalları və evdə aparılan axtarışın nəticələri barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, şübhəli şəxs Vaşinqtondakı “Washington Hilton” otelində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən tədbir zamanı atəş açmaqda ittiham olunur.

Hadisə ilə bağlı istintaq davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin