ABŞ hərbi təyyarələrinin yerləşdiyi aviabazada güclü yanğın oldu - VIDEO

Hazırda oxunan: ABŞ hərbi təyyarələrinin yerləşdiyi aviabazada güclü yanğın oldu - VIDEO

609431

Böyük Britaniyada ABŞ hərbi təyyarələrinin yerləşdiyi aviabazada güclü yanğın baş verdiyi bildirilir.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə ABŞ-ın B-52 bombardmançılarının istifadə etdiyi hərbi obyektlərdən birində qeydə alınıb.

Məlumata görə, yanğın aviabazanın ərazisində başlayıb və qısa müddətdə genişlənib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
 

Qeyd olunur ki, həmin bazadan ABŞ hərbi təyyarələrinin İrana qarşı əməliyyatlarda istifadə etdiyi bildirilir. B-52 bombardmançılarının mart ayında Böyük Britaniyadakı RAF Fairford bazasına göndərildiyi barədə daha əvvəl məlumat yayılmışdı.


Hazırda yanğının səbəbi, hərbi texnikaya ziyan dəyib-dəymədiyi və xəsarət alanların olub-olmadığı barədə rəsmi məlumat açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin