Müctəba Xamenei ÖLƏNLƏR SİYAHISINDADIR? — İranda yayılan kadrlar müzakirə yaratdı - VİDEO

Hazırda oxunan: Müctəba Xamenei ÖLƏNLƏR SİYAHISINDADIR? — İranda yayılan kadrlar müzakirə yaratdı - VİDEO

609413

İranın yüksək vəzifəli şəxslərinin həlak olduğu iddia edilən yeni görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, yayılan kadrlarda İranın yüksək rütbəli rəsmilərinin və hərbi nümayəndələrinin adları, eləcə də fotoları əks olunub.

Diqqət çəkən məqam isə həmin siyahıda İranın yeni ali lideri kimi təqdim olunan Müctəba Xameneinin də görüntüsünün yer almasıdır.
 

Qeyd edək ki, daha əvvəl beynəlxalq mediada Müctəba Xameneinin ağır yaralana biləcəyi və uzun müddət ictimaiyyət qarşısına çıxmaması barədə məlumatlar yayılmışdı. “Reuters” mənbələrə istinadən onun üz və ayaq nahiyəsindən ciddi xəsarətlər aldığını yazmışdı.


Bundan sonra onun vəziyyəti və siyasi statusu ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Bəzi mənbələr Xameneinin öldüyünü iddia etsə də, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Hazırda Müctəba Xameneinin ölənlər siyahısında göstərilməsi ilə bağlı yayılan görüntülərin həqiqiliyi də təsdiqlənməyib. İran hakimiyyəti məsələ ilə əlaqədar hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, son həftələrdə İran rəhbərliyindəki itkilər və yüksək vəzifəli şəxslərin taleyi ilə bağlı müxtəlif məlumatlar yayılır. Bu isə ölkədə hakimiyyət daxilində vəziyyət və qərarvermə mexanizmləri ətrafında qeyri-müəyyənliyi artırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin