Rusiya helikopteri vuruldu - FOTO/VİDEO

Hazırda oxunan: Rusiya helikopteri vuruldu - FOTO/VİDEO

609414

Afrikada Rusiya helikopterinin vurulduğu bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın hərbi bloqeri “Fighterbomber” məlumat yayıb.

Onun sözlərinə görə, helikopterin göyərtəsində muzdlular olub. İlkin ehtimala əsasən, qəzanın səbəbi “xarici atəş təsiri”dir.

Bloqer bildirib ki, helikopterdə olanların hamısı həlak olub.

Hadisənin Afrikanın hansı ölkəsində baş verdiyi və helikopterdə neçə nəfərin olduğu hələlik açıqlanmayıb.

Rusiya tərəfi insidentlə bağlı rəsmi məlumat yaymayıb. Hadisənin detalları araşdırılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin