Rubio İran üzrə danışıqlarda niyə iştirak etmir?

Hazırda oxunan: Rubio İran üzrə danışıqlarda niyə iştirak etmir?

609412

ABŞ dövlət katibi Marko Rubionun İran üzrə danışıqlarda iştirakdan yayındığı bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, Rubio ABŞ nümayəndə heyətinin İslamabada hər iki səfəri zamanı danışıqlarda iştirak etməyib.
 

Professor Stiven Uoltun sözlərinə görə, dövlət katibi özünü prosesdən kənarda saxlamağa çalışır. Onun fikrincə, Rubio İranla qarşıdurmada mümkün uğursuzluqla əlaqələndirilməmək üçün situasiyadan məsafə saxlayır.


Qeyd olunur ki, ABŞ və İran arasında təmaslar son günlər dalana dirənib. Tehran Vaşinqtonun dəniz blokadasını aradan qaldırmayacağı təqdirdə “təzyiq altında danışıqlar” aparmayacağını bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin