Avropa çempionatı: Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər

Hazırda oxunan: Avropa çempionatı: Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər

609377

Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazana bilər.

Bizim.Media xəbər verir ki, bir idmançımız isə bürünc medal uğrunda görüşə çıxacaq.

Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanovla (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevlə (Macarıstan) üz-üzə gələcək.

Nurəddin Novruz (61 kq) üçüncü yer uğrunda qarşılaşmada Arsen Arutyunyanla (Ermənistan) münasibətlərə aydınlıq gətirəcək.
 

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.


Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) medal əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin