Əraqçi Oman sultanı ilə bu barədə danışdı

Hazırda oxunan: Əraqçi Oman sultanı ilə bu barədə danışdı

609422

İranın xarici işlər naziri Abbas Əraqçi Maskatda Oman sultanı Heysəm bin Tariq ilə görüşüb.

Bizim.Media xəbər verir ki, tərəflər regiondakı son prosesləri və Tehranla Vaşinqton arasında münaqişənin nizamlanmasına yönəlmiş vasitəçilik səylərini müzakirə ediblər.

Görüş zamanı Oman sultanı problemlərin həlli üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayıb.
 

Əraqçi isə İran tərəfinin mövcud proseslərlə bağlı mövqeyi barədə məlumat verib. O, həmçinin Oman tərəfinin dialoqun dəstəklənməsi, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.


Qeyd edək ki, daha əvvəl İran mediası Əraqçinin Omandan sonra Rusiyaya planlaşdırılan səfərindən əvvəl yenidən İslamabada qayıdacağını yazmışdı.

Məlumata görə, onun Pakistanda ABŞ-la mümkün danışıqların detalları ilə bağlı müzakirələr aparacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin