Ağ Ev rəsmisinin “atəşsiz ötüşməyəcək” sözləri Trampa sui-qəsd cəhdindən sonra gündəm oldu - VİDEO

Hazırda oxunan: Ağ Ev rəsmisinin “atəşsiz ötüşməyəcək” sözləri Trampa sui-qəsd cəhdindən sonra gündəm oldu - VİDEO

609399

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən tədbirdə baş verən atışmadan sonra Ağ Ev rəsmisinin daha əvvəl səsləndirdiyi ifadə sosial şəbəkələrdə geniş müzakirə olunub.

Bizim.Media xəbər verir ki, söhbət Ağ Evin mətbuat katibinin tədbirdən əvvəl verdiyi açıqlamadan gedir.

Yayılan görüntülərdə mətbuat katibi jurnalistin sualını cavablandırarkən “görünür, atəşsiz ötüşməyəcək” mənasına gələn ifadə işlədir. Onun bu sözləri sonradan Vaşinqtondakı “Washington Hilton” otelində Trampın iştirakı ilə keçirilən qəbulda baş verən atışma fonunda diqqət çəkib.
 

Sosial şəbəkə istifadəçiləri həmin açıqlamanı hadisədən əvvəl səslənmiş “uğursuz proqnoz” kimi şərh ediblər. Bəzi paylaşımlarda mətbuat katibinin “Trampın başına bəla açdığı” iddia olunsa da, bu ifadənin hadisə ilə hər hansı real əlaqəsi barədə rəsmi məlumat yoxdur.


Xatırladaq ki, Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib. Hadisədən sonra Prezident Donald Tramp təhlükəsizlik əməkdaşları tərəfindən təxliyə olunub, şübhəli şəxs isə saxlanılıb.

İnsidentlə bağlı istintaq davam edir. Hücumun motivləri və şübhəlinin planları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin