Kürdə suyun artması İmişlinin daha 2 kəndində fəsadlar törədib.
Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun daha iki kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rayonun Məmmədli bələdiyyəsi yayıb.
Bildirilib ki, rayonun Ağamalılar kəndində 40 hektar, Telişli kəndində isə təxminən 35 hektar əkin sahəsi su altında qalıb.
Həmçinin Əlyetməzli kəndində su altında qalan 35 hektar ərazi genişlənərək 215-ə çatıb, eləcə də 10 hektar bələdiyyə torpağı su altında qalıb.
Qeyd edək ki, Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi də suların təsirinə məruz qalıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən mümkün risklərin qarşısının alınması istiqamətində əlavə tədbirlər davam etdirilir. (Report.az)


Bizim.Media































































































