Milli Hidrometeorologiya Xidməti aprelin 26-ı saat 11:00-a olan faktiki havanı açıqlayıb.
Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, ölkənin əsasən bəzi yerlərində arabir yağış, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə isə qar yağıb.
Belə ki, düşən yağıntının miqdarı Quba, Göygöl, Gədəbəydə 5, Qusar 3, Daşkəsən 2, Xaçmaz, Gəncə, Naftalan, Şabran Astara, Yardımlı, Astara, Lənkəran, Lerikdə 1 mm-dir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 26, Ağdam, Naftalanda 24, Tərtər, İsmayıllıda 22, Oğuzda 21 Neftçala, Qəbələ, Bərdədə 20, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Balakən, Şəki, Zərdab, Daşkəsəndə 18, Sabirabadda 17, Mingəçevir, Qobustan, Biləsuvarda 16, Culfada 15 m/s-yə çatıb.
Gəncə, Şəmkir, Altıağac, Qusar, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:28 / 26.04.2026
FAKTİKİ HAVA: Daşkəsən və Gədəbəyə qar yağıb
Hazırda oxunan: FAKTİKİ HAVA: Daşkəsən və Gədəbəyə qar yağıb
Hazırda oxunan: FAKTİKİ HAVA: Daşkəsən və Gədəbəyə qar yağıb
609402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































