Trampa sui-qəsd cəhdi zamanı çəkilən yeni VİDEO yayıldı

Hazırda oxunan: Trampa sui-qəsd cəhdi zamanı çəkilən yeni VİDEO yayıldı

609390

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtondakı “Washington Hilton” otelində keçirilən tədbirdə baş verən atışma ilə bağlı yeni görüntülər yayılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Trampa sui-qəsd cəhdi ilə bağlı yeni detallar açıqlandı - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, görüntülər Ağ Ev Müxbirləri Assosiasiyasının qəbul zalında hadisə anlarında yaranan gərginliyi əks etdirir.

Kadrlarda qonaqların bir qisminin masaların yanında əyildiyi, bəzilərinin isə təhlükəsizlik əməkdaşlarının göstərişlərini gözlədiyi görünür. Zalda çaşqınlıq yaşandığı, insanların baş verənlərin nə olduğunu anlamağa çalışdığı müşahidə olunur.

Görüntülərdə səhnə yaxınlığında silahlı təhlükəsizlik əməkdaşlarının hərəkətə keçdiyi də görünür. Onların tədbir zalına nəzarəti gücləndirdiyi və ehtimal olunan təhlükə istiqamətində mövqe tutduğu bildirilir.

Məlumata görə, atışma “Washington Hilton” otelinin bal zalının girişinə yaxın ərazidə, tədbirə son təhlükəsizlik yoxlamasının aparıldığı zonada baş verib. Hadisədən dərhal sonra ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezident Donald Trampı təhlükəsiz yerə aparıblar.

ABŞ mediası yazır ki, hadisə zamanı şübhəli şəxs nəzarət məntəqəsinə yaxınlaşaraq atəş açıb. Onun üzərində ov tüfəngi, tapança və bir neçə bıçaq olduğu bildirilir. Atışma nəticəsində Məxfi Xidmətin bir əməkdaşı xəsarət alıb, lakin gülləkeçirməz jilet onu daha ağır yaralanmadan qoruyub.
 

Hadisədən sonra zalda olan qonaqların təxliyəsinə başlanılıb. Tədbir tam dayandırılıb, otel ərazisi isə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Şübhəli şəxs hadisə yerində saxlanılıb. İlkin məlumata görə, o, təkbaşına hərəkət edib. Hücumun motivləri hələlik rəsmi şəkildə açıqlanmayıb.


ABŞ Prezidenti Donald Tramp hadisədən sonra hüquq-mühafizə orqanlarının çevik fəaliyyətini yüksək qiymətləndirib və yüksək vəzifəli şəxslərin xəsarət almadığını bildirib.

Qeyd edək ki, “Washington Hilton” oteli ABŞ siyasi tarixində təhlükəsizlik insidentləri ilə də xatırlanır. 1981-ci ildə ABŞ Prezidenti Ronald Reyqana qarşı sui-qəsd cəhdi də bu otelin yaxınlığında baş vermişdi.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin