Pezeşkian: “ABŞ İranla danışıqların bərpası üçün bütün maneələri aradan qaldırmalıdır”

Hazırda oxunan: Pezeşkian: “ABŞ İranla danışıqların bərpası üçün bütün maneələri aradan qaldırmalıdır”

609415

İranla dialoqun bərpa olunması üçün ABŞ bütün maneələri aradan qaldırmalıdır.

Bizim.Media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı bildirib.

“Press TV”nin məlumatına görə, Pezeşkian Vaşinqtondan İran gəmilərinə və limanlarına qarşı dəniz blokadasını ləğv etməyi tələb edib.

İran Prezidenti bildirib ki, Tehran təzyiq, təhdid və blokada şəraitində aparılan danışıqları qəbul etməyəcək.

“İslam Respublikası təzyiq, təhdid və ya blokada altında məcburi danışıqlara girməyəcək”, - deyə Pezeşkian vurğulayıb.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında danışıqların dalana dirəndiyi bildirilir. Tehran blokadanın aradan qaldırılmasını dialoqun bərpası üçün əsas şərtlərdən biri kimi irəli sürür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin