Dağlıq Qarabağ ətrafında baş verən hadisələr danışıqlar prosesinə zərər vurdu. Bu hadisənin nəticələrinin necə aradan qaldırılması barədə düşünmək lazımdır.
Moderator.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşün yekunlarına dair açıqlamasında bildirib.
“Biz son zamanlar tez-tez görüşürük, xeyli sayda telefon danışıqları həyata keçirilib, onlar əsasən Dağlıq Qarabağ ətrafında vəziyyətə həsr olunub. Türklər təhlükəsizlik və sabitliyə ciddi zərbə vurub, lakin bu fəsadları aradan qaldırmaq lazımdır”x9d, - deyə Nalbandyan qeyd edib.




































































































