Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

Hazırda oxunan: Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

611600

Şəkidə kişi siqaret puluna görə arvadını döyüb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə rayon Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.
 

64 yaşlı İkram Mirzəyev (ad və soyad şərtidir) xəstəxananın arxasında arvadının çantasından 100 manat pulu götürüb və özünə siqaret alaraq qalanını qaytaracağını deyib. Lakin arvadı buna razı olmayıb və çantanı İkramın əlindən alıb. Yaranmış mübahisə zamanı İkram Mirzəyev qadının başına yumruqla iki dəfə zərbə vurub. Nəticədə qadın zərbələrin təsirindən yerə yıxılıb.


Fakta görə İ. Mirzəyev saxlanılıb və barəsində cinayət işi açılıb.

Zərərçəkən şəxs ifadəsində bildirib ki, xəstəxanaya nəvəsini gətirib. Uşağı həkimin yanına qoyandan sonra müəssisənin arxasına keçib və oğlu ilə danışıb. Bu zaman əri yaxınlaşaraq onun çantasındakı 100 manatı xırdalamaq üçün götürmək istəyib. Lakin çantanı ərindən alıb.

Mübahisə də məhz bu zəmində yaranıb. Qadının sözlərinə görə, daha sonra əri onu döyüb və zərbənin təsirindən yerə yıxılıb. Gözləri qaraldığı üçün ayağa qalxa bilməyib.

O, həmçinin ifadəsində ərini bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və İkram Mirzəyev məsuliyyətdən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin