Məclislərin vazkeçilməz təamı olan kababla içmək üçün ən yaxşı spirtli içki bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə endokrinoloq və diyetoloq Anton Polyakov Lenta.ru-ya müsahibəsində danışıb. Onun sözlərinə görə, kababla birgə qəbulu ən ideal hesab olunan içki turş qırmızı şərabdır.
Bundan başqa, araq və tekila kimi güclü spirtli içkilər də kababla içilə bilər. Lakin həkim bu içkilərin yalnız çox az miqdarda qəbul edilməli olduğunu vurğulayıb.
Polyakov həmçinin diqqətə çatdırıb ki, bir qədəh içki ilə təxminən 150 qram kabab yemək təhlükəsizdir. O, həmçinin deyib ki, qızardılmış əti mütləq tərəvəz və göyərti ilə birgə yemək lazımdır.
Bizim.Media



































































































