Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

Hazırda oxunan: Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

611595

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir olunub.

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, azyaşlılara "təlim" keçən tərbiyəçi onlara əsəbiləşib və "tormoz", "monqol" kimi təhqiramiz ifadələr səsləndirib.
 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən “oxu.az”a verilən məlumata görə, kadrların qeydə alındığı məktəbəqədər təhsil müəssisəsi özəl bağçadır.


Qurumdan bildirilib ki, sözügedən görüntülərin çəkildiyi müəssisə özəl fəaliyyət göstərir və idarənin tabeliyində deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin