Nazirin fahişə ilə münasibəti ortaya çıxdı...

Hazırda oxunan: Nazirin fahişə ilə münasibəti ortaya çıxdı...

131788
Con Vitingdeyl: “Bu münasibət mənim nazir kimi qərarlarıma təsir etməyib”x9dxa0
İngiltərənin mədəniyyət naziri Con Vitingdeyl internet vasitəsilə xa0tanış olduğu bir seks işçisi ilə münasibət yaşadığını etiraf edib.xa0

Moderator.az “Hürriyyet”x9d qəzetinə istinadən xəbər verir ki, nazir münasibət yaşadığı qadının gerçək peşəsini öyrənən kimi ondan ayrılıb.xa0

BBC-in xəbərinə görə, nazir verdiyi açıqlamada bildirib ki, bu münasibətin başladığı dönəmdə nazir olmayıb. Belə ki, o, nazir kimi 2015-ci ilin may ayında fəaliyyətə başlayıb. Bu münasibət isə 2014-cü ildə baş verib.xa0

C.Vittingdeyl açıqlamasında “bu münasibət mədəniyyət naziri kimi fəaliyyət göstərdiyim müddət ərzində verdiyim hər hansı qərarıma təsir etməyib”x9d deyib. Baş nazirliyin yaydığı rəsmi açıqlamada isə bildirilib ki, “Vitingdeyl özəl həyatı haqq edən subay bir kişidir”x9d.xa0

Nazirin

BBC-nin Newsnight verilişinə qatılan C.Vittingdeyl isə deyib ki, həmin qadınla match.com internet saytı vasitəsilə tanış olub: “Mənim yaşlarımda və mənə yaxın olan bir yerdə yaşayırdı. Əsl peşəsi ilə bağlı heç nə hiss etdirmədi, amma mənim haqqımda tabloid qəzetlərinə hekayə satmağa çalışdığından şübhələnən kimi bu münasibəti bitirdim. Bu keçmiş hekayə məni bir az utandırır. Bu hadisə mən mədəniyyət naziri olmamışdan əvvəl yaşanıb və nazir kreslosunda oturduğum müddətdəki heç bir qərarıma təsir etməyib”x9d.xa0

Bundan başqa, BBC İngiltərədə bəzi tabloid qəzetlərin sözügedən hadisəni ortaya çıxardıqlarını, amma hadisədə hər hansı bir ictimai yük görmədikləri üçün onu yaymadıqlarını da yazıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin