Məlumdur ki, ölkədəki müxalif siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, medianın bu günə qədər ən çox ehtiyat etdiyi məsələlərdən biri MTN-nin bu qurumlar üzərində mümkün nəzarəti, ofis və redaksiyalarda gizli kamera və dinləmə cihazları yerləşdirə biləcəyi ilə bağlı olub. Maraqlıdır, MTN-nin ləğvi müxalif partiya və medianı gizli dinləmə və nəzarətdən xilas edəcəkmi? Yoxsa bu nəzarət digər güc orqanlarının timsalında başqa formada davam edəcək?
Moderator.az-a
açıqlama verən VİP sədri Əli Əliyev hesab edir ki, dövlət maraqları tələb edirsə,
hər kəsi izləmək olar, lakin bir şərtlə ki, həmin şəxsin özəl həyatına müdaxilə
edilməsin:
“MTN ləğv edilməyib, transformasiya
edilib-strukturu dəyişdirilib. Funksiyalar və mahiyyət yerindədir. Xəfiyyə fəaliyyəti
də yeni strukturun vəzifələri sırasındadır. Mənim sualda qoyulan məsələyə
münsibətim dövlətçilik prizmasındadır. Dövlətin maraqları fərdi maraqlardan
yuxarıdır. Şəxsi həyatdan kənar bütün sahələrə nəzarət dövlətin mühüm vəzifələrindəndir.
Şəxsi həyata müdaxilə bu görəvin qırmızı xəttidir. Dövlət özünü qorumağı
bacarmalıdır. Bu vəzifəni yerinə yetirən orqan, məhz təhlükəsizlik xidməti
olmalıdır. Diqqət yetirin, bir qədər əvvəl dünya demokratiyası və insan
azadlıqları mövzusunda hamıya örnək olan ABŞ-ın xüsusi xidmət orqanlarının nəinki
ölkə daxilindəki insanları, hətta dünya liderlərini dinləməsi faktı aşkarlandı.
Merkellə
Obama arasında bu mövzuda bir ara ciddi gərginlik yaşandı. Dövlət maraqları hər
işdən yüksəkdədir. Peşə fəaliyyəti ilə bağlı insanın güvənliyi varsa, onun
güdülməsi narahatlıq yaratmamalıdır. Əgər mən milli maraqlara xəyanət etmirəmsə,
istənilən qədər izləsinlər. Mənim şəxsi həyatıma girə bilməzlər. Dövlətimin təhlükəsizliyi
üçün mənim peşə fəaliyyətimin şəffaflığı lazımdırsa, mən bu yoxlanmaya etiraz
edə bilmərəm. Əksinə. Lakin son MTN qalmaqalı sübut etdi ki, bəzi natəmiz şəxslər
belə vacib orqanı belə, öz alətlərinə çevirə bilir, dövlətin imkanlarını öz məqsədləri
üçün kullana bilirlər. Bax bu yolverilməzdir. Dövlət yetkilisinin, dövlət məmurunun
fəaliyyət yalnız dövləti maraqlara xidmət edə bilər, biznes maraqlarına deyil”x9d.
Seymur Əliyev


































































































