"Rusiyanın bu siyasətini özündən başqa heç kim dəstəkləmir"

Hazırda oxunan: "Rusiyanın bu siyasətini özündən başqa heç kim dəstəkləmir"

111318
Türkiyə mətbuatının xəbər verdiyinə görə, bu gündən Rusiyanın hərbi təyyarələri Türkiyədə müdafiə xarakterli əməliyyat həyata keçirəcəklər. Dekabrın 18-dək davam edəcək əməliyyata türklərin gücləndirilmiş qüvvələri nəzarət edəcək.xa0

Xatırladaq ki, bu razılıq Türkiyə və Rusiya arasında 26 may 2001-ci ildə əldə olunub və indiyə qədər 32 uçuş həyata keçirilib.

Bəzi ekspertlər bunu Türkiyə ilə Rusiya arasındakı gərginliyi normallaşdıracaq bir addım kimi qiymətləndirirlər.xa0

Politoloq Elxan Şahinoğlu Moderator.az-a açıqlamasında hələ ki, barışığın heç bir işartısını görmədiyini bildirib: “Mən hələ ki, barışıq əlamətlərini görmürəm, çünki Rusiya tərəfindən təxribatların sayı getdikcə artır. Ruslar Türkiyəyə və türklərə qarşı nifrət yaratmaqda davam edirlər. Özlərinə aid olmayan bir məsələni, Türkiyə hərbi hissələri alt kontigentinin İraqa gəlməsini BMT səviyyəsinə xa0çıxarmağa cəhd göstərirlər. Bütün bunlar Rusiyanın hələ ki, geri addım haqqında düşünmədiyindən xəbər verir. Rusiya hakimiyyəti xa0Türkiyənin təklif etdiyi dialoqu da rədd edir. Məncə zamana ehtiyac var, bir müddət keçməlidir ki, Rusiyada isti başlar soyusun, dialoqa getməyə razılıq versinlər”x9d.
xa0
Polotoloq iki ölkə arasındakı gərginliyin bundan sonra hansı müstəvidə davam edəcəyinə də aydınlıq gətirib: “Barışığın alternativi yoxdur, barışıq olmazsa iki dövlət arasında toqquşmalar baş verə bilər. Çünki Rusiyada deyirlər ki, biz intiqam almalıyıq. İntiqam deyəndə də haradasa Türkiyənin hərbi təyyarəsini vurub salmağı nəzərdə tuturlar. Bu baş verən təqdirdə də münasibətlər daha da gərginləşər. Rusiya bu siyasətindən əl çəkmədiyi müddətcə bölgədə vəziyyət gərgin olaraq qalacaq. Rusiyanın bu siyasətini özündən başqa heç kim dəstəkləmir, əksinə olaraq Türkiyəni dəstəkləyənlər çoxdur. Hətta Rusiya müttəfiqləri olan Qazaxıstan və Belarusiya rəhbərləri də bildirir ki, dialoq qurulmalıdır, elə bu da Türkiyəyə dəstək deməkdir. Amma Rusiya öz fikrində qalmaqdadır. Rusiya Türkiyə əleyhinə intiqam xarakterli hansısa təxribata əl atarsa, iki ölkə arasında münasibətlər indikindən də çox gərginləşər. Bu, bölgədəki vəziyyətə də çox pis təsir göstərər”x9d.xa0

Rumiyyəxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin