"Alina Kabayevanı qanlı diktatorun gizli sevgilisi obrazı qane etmir, o, daha çoxuna iddialıdır..."

Hazırda oxunan: "Alina Kabayevanı qanlı diktatorun gizli sevgilisi obrazı qane etmir, o, daha çoxuna iddialıdır..."

620547
"Kabayeva üçün Rusiya imkanlar ölkəsinə çevrilib və o, daha çox mənfəət əldə etmək istəyir..."
 
"Rusiyanın televiziya məkanında yenidən Kabayeva dəbdədir. Bu, Putinin yardımı və himayədarlığı ilə baş verir..."
 
Kabayeva üçün Rusiya "imkanlar ölkəsidir" və o, hər vasitə ilə daha çox mənfəət əldə etmək istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri yazıb.
 
Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan sonra ən çevik rusiyalı qadın, Putinin sevgilisi Alina Kabayevanın sərvəti nəinki azalıb, əksinə, artıb.
 
Gimnast qadını Avropa İttifaqı, ABŞ, İsveçrə, Avstraliya, Yeni Zelandiya və hətta Yaponiyanın ona qarşı şəxsi sanksiyaları qorxutmur. Üstəlik, o, daha çox pul və şöhrət istəyir.
 
Kabayeva üçün Rusiya "imkanlar ölkəsi"nə çevrilib, o, özü üçün mənfəət əldə edir, bacardığı qədər "suyunu çıxarır". Gimnast qadın özü üçün bütün bu imkanları idmanda uğurları səbəbindən deyil, Putinlə əlaqələri sayəsində yaradıb.
 
Əgər əvvəllər Kabayeva öz şəxsi həyatını gizli saxlamağa çalışıbsa, indi həqiqəti gizlətmək getdikcə daha çətin olur. Üstəlik, Putin və onun gimnast qadını özləri özlərini reklam edir. Rusiyada əbəs yerə idmançı qadını praktiki olaraq bütün təbliğat şoularında təkidlə tərifləmirlər.
 
Kabayeva Putinin köməyi və himayədarlığı ilə Rusiya televiziya məkanında yenidən "xatırlanır". Gimnast qadın haqqında təbliğat materiallarının müəllifi "RenTV"-nin icmalçısı Aleksandr Mostoslavskidir. O, Putinin sevgilisini şəxsən vəsf edir.
 
Məhz o, Kabayevanı və onun "Qazprom"un pulları ilə keçirdiyi "Səma zərifliyi" festivalını tərifləyir. Putinin sevgilisi büdcəni mənimsəyir və müntəzəm olaraq Rusiya xəzinəsindən öz şıltaqlığı üçün milyonlar xərcləyir. Lap bu yaxınlarda o, Bədii Gimnastika Akademiyasını açıb.
 
Kabayeva sahəsi 40 min kv km-dən çox olan böyük bir binanı "ələ keçirib". Bu bina Akademiyaya əsası qoyulandan cəmi üç həftə sonra "hədiyyə edilib". 
 
Lakin az adam bilir ki, Kabayevanın şəbəkəsi təkcə məşq bazalarını əhatə etməyib. Gimnast qadının Akademiyası mehmanxanalar, masaj salonları şəbəkəsi və hətta kinofilmlər istehsalı üzrə şirkətlərdən ibarətdir.
 
Kabayeva o qədər cəsarətlənib ki, onun adı açıq siyahılarda hallanır, o, Akademiyanın direktorlar şurasının sədri hesab edilir. Əvvəllər isə gimnast qadının adı gizli saxlanılıb.
 
Putinin sevgilisinə kəskin surətdə şöhrət lazım olub. Ona milyonlar və artıq əldə etdiyi bütün aktivlər azlıq edir. İndi onu qanlı diktatorun gizli sevgilisi obrazı qane etmir, Kabayeva daha çoxunu istəyir.
 
Məhz buna görə də Rusiyanın siyasi texnoloqları gimnast qadını ictimai həyata "daxil etməyə" girişib və o, daha populyar olmaq qərarına gəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin