Priqojin oğurlanan Ukrayna şampan şüşələrinin qutusu üzərində ukraynalı qadınları 8 Mart münasibətilə təbrik edib
"Vaqner qrupu" özəl hərbi şirkətin təsisçısı, baş putinçi Yevgeni Priqojin Ukrayna qadınlarını özünəməxsus formada təbrik etmək qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "Moskovskiy komsomolets" nəşri məlumat yayıb.
O, Baxmut ətrafında şirkətin sərxoş muzdluları tərəfindən köpüklənən şərab zavodunda ələ keçirdikləri şampan partiyasını təşkil edib.
Maraqlıdır ki, regionda çoxsaylı atəşlərdən sonra şampan şüşələri salamat qalıb.
Priqojin hədiyyə partiyası qutularının birinin üzərində şəxsən bu sözləri yazıb: "Ukrayna qadınlarına "Vaqner qrupu" özəl hərbi şirkətindən. 8 Mart bayramınız mübarək!".
Bəziləri bunu məqbul olmayan və kobud davranış adlandırıb. Bununla yanaşı, digərləri hesab edir ki, bu, sadəcə, zarafatdır və ciddi qəbul etməyə dəyməz. Hər halda bu epizod KİV-lərdə geniş rezonans doğurub və sosial şəbəkələrdə çoxsaylı şərhlərə səbəb olub.
Bundan öncə "vaqnerçilər"in başçısının Putinə qarşı yenidən üsyan etdiyi məlumat verilib. Bu yaxınlarda Baxmutun mühasirəyə alındığını bəyan edən Priqojin yenidən mərmi aclığından şikayət edib.
Zirzəmidən etdiyi müraciətində o, bəyan edib ki, onun terrorçularının Baxmutdan geri çəkilməsi "prujin effekti" verəcək və cəbhə Rusiya sərhədlərinədək "və hətta daha dərinliyə" uzanacaq. Həmçinin o, Krımın işğaldan azad ediləcəyini də istisna etməyib.
Xatırladaq ki, hələ dünənəndək Baxmutu ələ keçirəcəyini vəd edən və Zelenskiyə şərt qoyan məhbus muzdluların rəhbəri Rusiya qoşunlarının geri çəkilməsindən və Rusiyanın özü üçün təhlükədən danışıb.




































































































