“Həmin ölkələri dərhal tərk edin!” - Xəbərdarlıq

Hazırda oxunan: “Həmin ölkələri dərhal tərk edin!” - Xəbərdarlıq

610477

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi “mövcud regional hadisələr fonunda” ölkə vətəndaşlarının İran, İraq və Livana girişinə qadağa qoyulduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, hazırda həmin ölkələrdə olan BƏƏ vətəndaşlarına mümkün qədər tez əraziləri tərk edərək vətənə qayıtmaları tövsiyə olunur.

“XİN tərəfindən verilən bütün təlimat və tövsiyələrə riayət olunmasının vacibliyi vurğulanır”, – deyə rəsmi açıqlamada bildirilir.

Qeyd edək ki, fevralın 28-də – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gün və sonrakı dövrdə bir sıra ölkələr, o cümlədən İran İslam Respublikası öz hava məkanını bağlamaq qərarı qəbul etmişdi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin