Tikintiyə başlamaq istəyənlərə ŞAD XƏBƏR

Hazırda oxunan: Tikintiyə başlamaq istəyənlərə ŞAD XƏBƏR

610404

Dünya əmtəə bazarlarında taxta materialları üzrə fyuçers qiymətləri son yeddi həftənin ən aşağı səviyyəsinə düşüb.

Belə ki, taxta fyuçersləri hər kubmetr üçün təxminən 240 ABŞ dollarına qədər geriləyib (min “board feet” üçün 566 ABŞ dolları). Qiymət azalması əsasən qlobal qeyri-müəyyənlik və davam edən ticarət gərginliklərinin bazar əhval-ruhiyyəsinə mənfi təsiri ilə izah olunur.
 

Məlumata görə, Amerika Birləşmiş Ştatları Kanadadan idxal olunan yumşaq ağac materialları üzrə antidempinq və kompensasiya rüsumlarına dair ilkin qərarını açıqlayıb. Antidempinq rüsumu 20,6 faizdən 10,7 faizə, kompensasiya rüsumu isə 14,6 faizdən 14,2 faizə endirilib.


Bununla da ümumi rüsum dərəcəsi təxminən 25,9 faizə düşüb.

Bununla yanaşı, mövcud 10 faizlik əlavə tarif də nəzərə alındıqda, Kanadadan idxal olunan məhsullara tətbiq edilən ümumi rüsumların avqust ayından etibarən təxminən 35,9 faiz səviyyəsində qalacağı gözlənilir.
 

Görülən tədbirlərə baxmayaraq, ABŞ-da mişar zavodlarının istehsal gücündən istifadə səviyyəsi nisbətən aşağı olaraq qalır və təxminən 64 faiz təşkil edir. Bu göstərici 2017-ci ildən etibarən azalma tendensiyası nümayiş etdirir ki, bu da təklif tərəfinin məhdud reaksiyasına işarə edir.


Eyni zamanda, tikinti xərclərinin yüksək olması və faiz dərəcələrinin artması mənzil bazarına təzyiq göstərməkdə davam edir. Nəticədə, ABŞ-da tikinti sektorunda inşaatçıların etimadı 2025-ci ilin sentyabr ayından bəri ən aşağı səviyyəyə enib.

Bəs son 2 ayda davam edən ucuzlaşma Azərbaycanın taxta bazarına necə təsir edib

Mövzu ilə bağlı Ziya Bünyadov prospektindəki məşhur “Taxta bazarı”ndakı vəziyyəti öyrənmək istədik. Bazarda taxta materiallarının satışı ilə məşğul olan Elmidar adlı şəxs Bizim.Media-ya açıqlamasında bildirib ki, ənənəvi olaraq hər ilin yazında digər tikinti materialları kimi taxta da bir qədər bahalaşırdı:

“Amma bu il ənənə pozulub. Yanvardan bu yana taxta məmulatlarında heç bir qiymət artımı qeydə alınmayıb. Hazırda 4 və 5-lik taxtanın bir kubu 320, 2 və 3-lük taxtanın bir kubunun qiyməti isə 340 manat ətrafında dəyişir. Bu gedişlə taxtanın yaxın zamanda bahalaşacağı da real görünmür. Əksinə yay aylarında taxta bir qədər ucuzlaşa bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin