Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Hazırda oxunan: Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

610466

Gəndob-Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində böyük qovaq ağacı yolun hərəkət hissəsinə aşıb.

Bizim.Media xəbər verir ki, hadisə aprelin 30-u axşam saatlarında baş verib.
 

Böyük diametrli ağacın Ağalıq kəndi ərazisində yola aşması nəticəsində Gəndov -Yalama yolunda avtomobillərin hərəkəti təxminən bir saat müddətində məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.


Əraziyə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub.

Qovaq ağacı kəsilərək, traktor vasitəsilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Bundan sonra avtomobillərin hərəkəti bərpa olunub. (azertag.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin