Cəlilabad rayonu ərazisində iki “Jiquli” markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadalarının köməyi ilə yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin məlumata görə, onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Xəsarət alanlar: 1998-ci il təvəllüdlü Sərraf Qurbanov, 1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli, 1996-cı il təvəllüdlü Coşqun Rzazadə, 1997-ci il təvəllüdlü Tural Rzayev, 1996-cı il təvəllüdlü Aqşin Rzazadə və daha bir nəfər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media




































































































