Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Hazırda oxunan: Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

610448

Uşaqlar arasında getdikcə yayılan uzun müddət texnoloji məhsulların ekranlarına baxmaq vərdişi təhlükə saçmağa başlayıb.

Bizim.Media xəbər verir ki, Avropa Pediatrik Endokrinologiya Dərnəyinin VI Konfransında təqdim edilən araşdırmaya görə, siçanlar üzərində aparılan araşdırmada daha yüksək səviyyədə mavi işığa məruz qalmaq qız uşaqlarında cinsi yetkinliyin daha erkən başlamasına gətirib çıxarır.
 

Araşdırmada, həmçinin o da qeyd edilib ki, mavi işıq melatoninin səviyyəsinin aşağı olmasına, müəyyən reproduktiv hormonların yüksək olmasına, yumurtalıqların fiziki strukturunda dəyişikliklərə səbəb olur.


Araşdırmanın müəllifi Aylin Kılınç Uğurlu bildirib ki, mavi işıq melatonin səviyyəsini ən çox azaldan işıqdır və cinsi yetkinliyin başlanğıcında onun inhibitor təsirini azaldır. Nəticədə erkən yetkinlik yaranır.

Mütəxəssis valideynlərə müraciət də edib: “Mavi işığın qaynağı olan mobil telefonlar uşaqlara, xüsusilə axşam saatlarında verilməməli və az müddətə istifadə edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin