"Kazan aviasiya zavodunda mühəndis işləyən rusiyalı ailəsi ilə birgə dekabr ayında ABŞ-a gedərək Rusiyanın ən ciddi şəkildə qorunan bəzi hərbi sirlərinin üstünü açmağı təklif edib..."
"Mühəndis deyib ki, Aleksey Navalnıya dəstək aksiyalarında iştirakına görə ehtiyat edir..."
Rusiyanın "Tu-160" strateji bombardmançı təyyarəsini işləyib hazırlayanlardan biri ABŞ-a qaçıb və Amerika hakimiyyəti üçün maraq doğuran məlumatın əvəzinə siyasi sığınacaq xahiş edib.
Moderator.az xəbər verib ki, bu barədə "Yahoo News" internet nəşri Amerikanın Gömrük və Sərhəd Xidmətinin hesabatına istinadən yazıb.
Məlumat verilir ki, Kazan aviasiya zavodunda "Belıy lebed" raketdaşıyıcısı üzərində işləyən rusiyalı mühəndis hələ dekabr ayında ailəsi birlikdə Meksika vasitəsilə ABŞ-a gedib və Rusiyanın ən ciddi şəkildə qorunan bəzi hərbi sirlərinin üstünü açmağı təklif edib.
Amerikanın xüsusi xidmət orqanları uzun zaman onu yoxlayıb və bu qərara gəlib ki, həqiqətən də o, vacib məlumata malikdir.
"Tupolev adına zavodda təyyarənin yaxşılaşdırılmış versiyasının yaradılması, habelə mövcud təyyarələrin modernləşdirilməsi proqramına başlanılıb", - nəşr qeyd edir.
Bu zaman jurnalistlər Gömrük Xidmətinin öz hesabatında Rusiya Federasiyası vətəndaşının bütün şəxsi məlumatlarını göstərməsini və onun hərbi sirlərinin üstünü xarici dövlətə açmaq təklifinin üzə çıxarılmasını son dərəcə qəribə və misli görünməyən hal adlandırıb. Nəşrin özü rusiyalını təhlükəyə məruz qoymamaq üçün adını açıqlamır.
Amerika hakimiyyəti portalın bu məsələni təsdiq və ya inkar etmək xahişi ilə bağlı sorğusuna cavab verməyib.
Jurnalistlər güman edir ki, hazırda o, Federal Təhqiqatlar Bürosu tərəfindən dindirilir.
Mühəndis deyib ki, Aleksey Navalnıya dəstək aksiyalarında iştirakına görə ehtiyat edir. O, deyib ki, Rusiyada inşaatçı mühəndis olub.
Eyni zamanda, hərbi ekspert Maykl Kofman mühəndisin malik olduğu məlumat barədə izahat verib: "Tupolev adına zavod kimi hərbi-sənaye müəssisəsində işləyən adamın müdafiə sənayesi istehsalı, "Tu-160" bombadmançı təyyarəsi və onun modernləşdirilmiş variantı ilə bağlı istehsal prosesləri haqqında bir sıra məlumatlara çıxışı ola bilər.
"Belıy lebed", həmçinin "Blekcek" adlandırılan "Tu-160" qırıcı təyyarəsi NATO hesabatlarında Rusiyanın silahlandırılmasında olan, guya, təkmil strateji bombardmançı təyyarə adlandırılır. Rusiya "Tu-160" bombardmançı təyyarələrindən Ukrayna üzərinə raket zətbələri endirmək üçün istifadə edir. HHM qüvvələri tərəfindən məhv edilməsindən yan keçmək üçün təyyarələrdən raketlər
Rusiya ərazisinin dərinliyindən buraxılır.
Ötən ilin dekabrında həmçinin "Tu-160" təyyarələrinin də yerləşdiyi hava limanlarında partlayışlar baş verir. O zaman başqa tip bombardmançı təyyarələrə zərər vurulsa da, "Tu-116" təyyarələri bundan sonra Ukrayna sərhədlərindən uzaqlaşdırılıb.



































































































