Priqojin "trollar fabriki"nin yaradılmasının sirrini açdı...

Hazırda oxunan: Priqojin "trollar fabriki"nin yaradılmasının sirrini açdı...

598925
"Mən bu agentliyi düşünmüşəm, yaratmışam və uzun müddət idarə etmişəm..."
 
"2018-ci ildə ABŞ hakimiyyəti Priqojin və onun agentliyini 2016-cı il prezident seçkilərinə müdaxilədə ittiham edib..."
 
Rusiyalı biznesmen, "Vaqner qrupu" özəl hərbi şirkətinin sahibi və "Putinin aşpazı" adlandırılan Yevgeni Priqojin etiraf edib ki, o "trollar fabriki" kimi tanınan "İnternet Araşdırmaları Agentliyi"ni yaradıb və uzun müddət onun işinə kuratorluq edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə Priqojin Almaniyanın "Şpigel" nəşrinin jurnalistlərinin sorğusuna cavabında bəyan edib.
 
"Mən heç vaxt "İnternet Araşdırmaları Agentliyi"nin, sadəcə, maliyyəçisi olmamışam. Mən onu düşünmüşəm, yaratmışam və uzun müddət idarə etmişəm", - Priqojin deyib.
 
"Kreml aşpazı"nın sözlərinə görə, o, bu Agentliyi "Rusiya informasiya məkanının Qərb tərəfdən nadan, aqressiv, Rusiya əleyhinə tezislərdən qorunması" üçün təşkil edib və maliyyələşdirib.
 
Priqojinə məxsus olan "trollar fabriki" haqqında geniş ictimaiyyətə "Novaya Qazeta"nın 2013-cü ildə apardığı araşdırmadan sonra məlum olub.
 
O zaman jurnalistlər müəyyən edib ki, təşkilatın ştatında ən azı 400 nəfər var və onlar bütün sutkanı işləyir. 
 
"Trollar fabriki" işçilərinə prezident Putinin nailiyyətləri barədə şərhlərinə və müxalifəti tənqid edən postlarına görə ödəniş edilib. 
 
Bundan başqa, "trollar fabriki"ndə Qərb ölkələrinin sosial şəbəkələrində feyk akkauntlar vasitəsilə yayılan dezinformasiyaya cavabdeh olan ayrıca bölmə mövcud olub. 
 
2018-ci ildə ABŞ hakimiyyəti həm Priqojini, həm də onun "İnternet Araşdırmaları Agentliyinin" 2016-cı ilin prezident seçkilərinə müdaxilədə ittiham edib. 
 
"Trollar fabriki"nin ABŞ-da seçkilərə müdaxiləsi barədə o zaman RBK jurnalı da yazıb. Jurnalistlər hesablayıb ki, buna 2, 2 milyon dollar xərclənib, kampaniyada 100-dək adam iştirak edib. 
 
2015-ci ildə "The New York Times" nəşri "İnternet Araşdırmaları Agentliyi"nin fəaliyyəti barədə o cümlədən rus dilində araşdırma dərc edib.
 
O zaman biznesmen iddia edib ki, "trollar fabriki" ilə heç bir əlaqəsi yoxdur. Lakin 2022-ci ilin noyabrında o, tamamilə birmənalı olaraq bəyan edib ki, "biz səliqəli, dəqiq, cərrahi üsulla və bacardığımız kimi müdaxilə etmişik, edirik və edəcəyik".
 
2022-ci ilin sentyabrında Priqojin etiraf edib ki, "Vaqner qrupu" özəl hərbi şirkətin sahibidir, hərçənd ona qədər bu şirkətlə əlaqəsini nəinki inkar edib, həmçinin onun muzdlulara aid olmasını iddia edən adamlarla birgə məhkum edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin