"Onlar Rusiyanı harada müdafiə edir və nəyin naminə həlak olur?.."
"Rusiya ordusuna 22 ildir tamamilə səriştəsiz adamlar rəhbərlik edir və onlar heç vaxt orduda xidmət keçməyib..."
"Rusiyalıları mənasız ölümə göndərməyə kim ixtiyar verib?.."
Əvvəllər Rusiyanın vitse-prezidenti və Kursk vilayətinin qubernatoru postlarını tutan istefada olan general-mayor Aleksandr Rutskoy Kremlin əleyhinə kəskin bəyanatla çıxış edib.
Moderator.az xəbər verir ki, müstəqil jurnalistlərin "ASTRA" layihəsi Rutskoyun çıxışından hissələri "Telegram-kanal"da dərc edib.
Məlumatı "ukr.net" saytı yayıb.
Rutskoy Rusiya müdafiə nazirliyinin rəhbərliyini tamamilə səriştəsiz adlandırıb və Rusiya ordusunun operativ-strateji hücum əməliyyatlarını aparmaq qabiliyyətində olmadığını bəyan edib.
"Bu cür əməliyyatların aparılması üçün müvafiq silahlı qüvvələrə malik olmaq gərəkdir. Əgər silahlı qüvvələr operativ-strateji hücum əməliyyatlarını keçirmək imkanına malik deyilsə, o zaman bu barədə, üstəlik, ölkədən xaricdə düşünməyə dəyməz", - general deyib.
Onun sözlərinə görə, 22 ildir Rusiya ordusuna elə adamlar rəhbərlik edir ki, onlar heç vaxt orduda xidmət keçməyib. Rutskoy o cümlədən Rusiyanın müdafiə naziri Sergey Şoyqunu və onun beş müavinini xatırladıb.
"Əsrin dörddə biri qədər silahlı qüvvələrə səriştəsiz, tamamilə səriştəsiz adamlar rəhbərlik edir. Siz mənə müdafiə nazirliyinin indiki rəhbərləri arasında klassik hərbi təhsili olan bir nəfərin adını çəkə bilərsinizmi? Yoxdur beləsi! Bircə nəfər də yoxdur", - Rutskoy qeyd edib.
Üstəlik, general Ukraynadakı müharibəni Rusiya üçün faciə adlandırıb və sual edib ki, rusiyalıları mənasız ölümə göndərməyə kim ixtiyar verib.
"Onlar Rusiyanı harada müdafiə edir? Onlar nəyin naminə həlak olur? İnsanlar mənasız yerə həlak olursa, bu, artıq faciədir", - sabiq vitse-prezident qeyd edib və əlavə edib ki, Rusiya ordusunda ölənlər və yaralılar olmayan bircə alay da yoxdur.
Bundan öncə Aleksandr Rutskoy Keml rəhbərliyini Ukraynanın enetgetika infrastrukturuna raket zərbələrinə görə ittiham edib, bunların ukraynalıları Rusiyaya nifrət erməyə sövq etdiyini vurğulayıb və bunu xəyanət adlandırıb.


































































































