Moskva ətrafında böyük ticarət mərkəzi yanır - Yanğın sahəsi sürətlə artmaqdadır...

Hazırda oxunan: Moskva ətrafında böyük ticarət mərkəzi yanır - Yanğın sahəsi sürətlə artmaqdadır...

577057
"Son zamanlar Rusiyada fövqəladə hallar barədə az qala hər gün məlumatlar yayılır..."
 
Moskva ətrafında yerləşən Balaxişa şəhərində dekabrın 12-də "Tikinti parkı" ticarət mərkəzində yanğın baş verib. Yanğın sahəsi sürətlə artmaqdadır. Səhər saat 9-da 200 kv metr təşkil edən yanğın hazırda 10 min kv metr sahəni əhatə etməkdədir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" nəşri məlumat yayıb. Binanın damı çöküb.
 
Yanğının söndürülməsinə 45 nəfər və 14 vahid texnika cəlb edilib. Ticarət mərkəzinin ziyarətçiləri və əməkdaşları təxliyə edilir. 
 
Bir nəfərin, mərkəzin mühafizəçısınin zərər çəkdiyi bəlli olub. O, yanma məhsulları ilə zəhərlənib və yuxarı tənəffüs yollarında yanıq aşkar edilib.
 
Rusiya KİV-lərinin Telegram-kanallarında dərc erdiyi kadrlardan göründüyü kimi, hadisə yerində açıq yanğın müşahidə edilir, nəhəng qara tüstü burumları səmaya qalxır.
 
Yanğının ilkin səbəbi kimi yağışdan sonra qısa qapanmanın baş verməsi deyilir.
 
Son zamanlar Rusiyada fövqəladə hallar barədə az qala hər gün məlumatlar yayılır.
 
Belə ki, dünən Moskvanın Şeremetyevo beynəlxalq hava limanının "B" terminalında yanlış yanğın siqnalizasiyanın qoşulması səbəbindən nəhəng sel baş verib. 
 
Dünən həm də Melitopolda böyük ticarət mərkəzində yanğın baş verib.
 
Dekabrın 9-da Moskvanın "Meqa-Ximki" ticarət mərkəzi yanıb. 20 yanğınsöndürənin səylərinə baxmayaraq, ticarət mərkəzi tamamilə yanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin