Xoşbəxt rəsm

Hazırda oxunan: Xoşbəxt rəsm

44155

Baxır köhnə bir divardan

Gözlərimə rəsmin sənin.

Nələr salır xəyalıma,

Gülümsəyən əksin sənin.

 

Donub adi bir şəkildə

Xoş günlərin bircə anı.

Baxışların sanki sorur,

O sevincli çağlar hanı?

 

Nə tez ötdü gənclik yeli,

Tale niyə çıxdı dönük?

Hələ yolun başındaydıq,

Ümid sonsuz, arzu böyük.

 

Ancaq indi o günlərdən,

Qalmayıbdır heç bir əsər.

Keçmişimin acısını,

Divardakı rəsmin bəzər.

 

İndi yoxsan, lakin yenə,

Əvvəlkitək könlümdəsən.

Deyirəm ki, nə yaxşı ki,

Şəkillərdə mənimləsən.

 

Şəklin belə arxa, dayaq,

Şəklin belə mənə həmdəm.

Artıq kimsə ala bilməz,

Şəkillərdə səni məndən.

 

Mən ölərəm, sətirlərdə,

Bu sevginin qalar izi.

Demək tale edəcəkmiş,

Şəkillərdə xoşbəxt bizi.

 

Bilirəm ki, gec də olsa,

Yetişəcək sənə səsim.

Qoy bu şəklin adı olsun,

“Nakam sevgi, xoşbəxt rəsm”.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

 

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin