Yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlının çevirməsində türkiyəli yazar Gül İrepoğlunun “Kölgəmi qoydum zanbaq bağçalarında”x9d çapdan çıxıb. Moderator.az xəbər verir ki, “Qanun”x9d nəşriyyatı tərəfindən buraxılan romanın oxucular tərəfindən müsbət qarşılanacağı gözlənilir.
Roman gerçəklər üzərində xəyallar qurulmaqla, ən çox da, insanların insani cəhətləri üzərində durulmaqla yazılıb. Eyni zamanda “Lalə dövrü”x9dnün hökmdarı Sultan Əhmədlə həmin dövrün ruhunun nəqqaşı Levininin tarixin gedişində üzə çıxan şəxsiyyətlərinin də təhlilidir.
Qeyd edək ki, Gül İrepoğlu İstanbul Universitetinin ədəbiyyat fakültəsinin müəllimidir. “Kölgəmi qoydum zanbaq bağçalarında”x9d müəllifin elmi kitablarından sonra ədəbiyyat sahəsində ilk əsəridir.
Elmin Nuri




































































































