Kolleclərə qeydiyyat BAŞLADI

Hazırda oxunan: Kolleclərə qeydiyyat BAŞLADI

631951

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı başlayıb.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, qeydiyyat prosesi yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Qeyd edək ki, qeydiyyat 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Onu da qeyd edək ki, şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin