İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Hazırda oxunan: İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

632033

İsrailin Livanla martın 2-də başlayan yeni müharibəsindən bu vaxta qədər ölkədə azı 4 348 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Al Jazeera" Livanın İctimai Səhiyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Həlak olanlar arasında 393 qadın və 257 uşaq var. Daha 12 307 nəfər isə yaralanıb.
 

Qurumun məlumatına görə, ölənlər arasında digər ölkələrin vətəndaşları, o cümlədən 537 suriyalı və 234 fələstinli də olub. Azı 32 Livan hərbi qulluqçusu həlak olub.


Nazirlikdən bildirilib ki, İsrailin hərbi əməliyyatları Livanın səhiyyə sisteminə də ciddi ziyan vurub.

Azı 17 xəstəxana zədələnib, tibb işçilərinə qarşı 179 hücum qeydə alınıb, təcili tibbi yardım maşınları da daxil olmaqla 39 operativ nəqliyyat vasitəsi məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin