Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Hazırda oxunan: Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

632014

KXDR hərbçilərinin guya Ukrayna münaqişəsində kömək etmək üçün Rusiyaya göndərilməsi barədə xəbərlər həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, dövlət lideri Kim Çen Inın bacısı Kim Yo Con bildirib.
 

"Fürsətdən istifadə edərək açıq şəkildə aydınlaşdırırıq: Zelenski xuntasının ordumuzun “əlavə göndərilməsi” barədə versiyası Kiyevin heç bir əsası olmayan, saxtalaşdırılmış şayiəsidir", – deyə siyasətçi bildirib.


Kim Yo Con əlavə edib ki, Ukraynadakı münaqişənin uzanmasına görə məsuliyyət ABŞ və Qərb ölkələrinin üzərinə düşür.

Avqustun 8-də Zelenski Rusiya ərazisində 50 minə qədər Şimali Koreya hərbçisinin yerləşdirilməsinin planlaşdırıldığını bəyan etmişdi. Onun sözlərinə görə, KXDR hərbi qulluqçuları müasir müharibə təcrübəsini öyrənirlər və Pxenyan Asiya-Sakit okean regionunda böhranlar yarandığı təqdirdə bu təcrübədən istifadə edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin