Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Hazırda oxunan: Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

631972

Yenicə fəaliyyətə başlayan Naxçıvan Regional DOST Mərkəzinin xidmətlərindən elə ilk günlərdə artıq 300-dək vətəndaş faydalanıb.

Bizim.Media xəbər verir ki, vətəndaşlar əsasən pensiya və müavinət məsələləri, sosial xidmətlərə, aktiv məşğulluq proqramlarına cəlb edilmə, əlillik və s. məsələlərlə bağlı müraciət ediblər.

DOST konsepsiyasına uyğun olaraq onlara müxtəlif sosial istiqamətlər üzrə xidmətlərin “bir pəncərə” prinsipi əsasında, müasir və şəffaf, çevik şəkildə göstərilməsi təmin edilib.

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Mərkəzdə digər sosial xidmətlərlə yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı üçün göndərişlərin rəsmiləşdirilməsi xidmətləri də göstərilir.

164 sosial xidmətin vahid məkanda təqdim edildiyi, 117 işçi və 50 könüllünün çalışdığı Mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.
 

Naxçıvan Regional DOST Mərkəzində də digər DOST mərkəzlərində olduğu kimi, vətəndaşlara xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir. Bu da Mərkəzin harada qeydiyyatda olmalarından asılı olmayaraq hər bir vətəndaş üçün ən yaxın, ən əlçatan və çevik sosial xidmətlərin ünvanı olduğunu bir daha təsdiq edir.


Yaxın dövrdə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST qəbul şöbələri də yaradılacaq.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin