Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Hazırda oxunan: Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

632038

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqları "hansısa məqamda" bərpa edə biləcəyini, lakin hələlik konkret müddətin olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Avqustun 19-da Ağ Evdə jurnalistin ABŞ-nin Tehranla danışıqlara yenidən nə vaxt başlamağı planlaşdırdığı barədə sualına cavab verən Tramp deyib:

"Hazırda vəziyyətin kifayət qədər yaxşı olduğunu düşünürəm, lakin ola bilsin ki, hansısa məqamda danışıqlar baş tutsun".

Amerika prezidenti İranın nüvə silahı əldə etməməli olduğunu yenidən vurğulayıb, lakin öz mövqeyinin digər təfərrüatlarını açıqlamayıb.

Hələ avqustun 18-də Tramp hazırda İranla heç bir danışıqların aparılmadığını və yeni təmasların planlaşdırılmadığını bəyan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin